EN

İdmançılarımız Türkiyədə daha 6 medal qazandı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarında daha 6 medal qazanıblar.

Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, üçüncü yarış günündə 3 parataekvondoçumuz fəxri kürsüyə yüksəlib.

Amin Əliyev (K44, 63 kq) mübarizəyə yarımfinaldan start verib. İdmançımız yarımfinalda türkiyəli, finalda isə ispaniyalı rəqibini məğlub edərək qızıl medal qazanıb.

Amin Şıxalıyev (K44, 63 kq) və İmran Bağırov (K44, 70 kq) isə bürünc medala yiyələniblər.

Uzunluğa tullanma üzrə paraatletimiz,14 yaşlı Ayşə Arabova (T11) 3.47 metr nəticə ilə iştirak etdiyi ilk beynəlxalq turnirdə qalib olub.

Paracüdoçumuz Hüseyn İsmayılzadə (J2, 70 kq) dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək oyunların bürünc medalını qazanıb.

16 yaşlı paraüzgüçümüz Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medal əldə edib.

Qeyd edək ki, milli paralimpiya komandamız dünən Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
90
14
globalinfo.az

10Sources