EN

Yaponiya Müdafiə Nazirliyi qadınların silahlı qüvvələrə tam cəlb edilməsinə dair son məhdudiyyətləri aradan qaldırıb

Bakı. Trend:

Yaponiyanın Müdafiə Nazirliyi qadınların ölkənin silahlıqüvvələrində xidmətinə qoyulan son məhdudiyyətləri də aradanqaldırıb.

Trend-inməlumatına görə, Kyodo agentliyi xəbər verir ki, avqustun 1-dənetibarən qadınlar artıq nüvə, bioloji və kimyəvi müdafiəbölmələrində də xidmət edə biləcəklər.

Müdafiə Nazirliyi bu qərarı təhlükəsizlik tədbirləriningücləndirilməsi ilə izah edir. Qeyd olunur ki, bu bölmələr xüsusilə2011-ci ildə Fukusima Daiiçi AES-də baş verən qəzanın nəticələrininaradan qaldırılması zamanı çirklənmiş ərazilərinzərərsizləşdirilməsində istifadə olunur. Hazırda həmin bölmələrdəciddi kadr çatışmazlığı yaşanır və qadınların cəlb olunması buproblemin həllinə töhfə verəcək.

Xidmət zamanı qadınların təhlükəsizliyini təmin etmək üçün onlarüçün xüsusi qoruyucu vasitələr təqdim olunacaq və xüsusi təchizedilmiş nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Yaponiyanın Müdafiə Nazirliyi 1993-cü ildən etibarən qadınlarınhərbi strukturlarda fəaliyyət dairəsini genişləndirməyə başlayıb.Hazırda qadınlar hərbi təyyarələri idarə edə, döyüş bölmələrində,eləcə də dəniz və sualtı gəmilərdə xidmət göstərə bilirlər.

Chosen
11
az.trend.az

1Sources