Sarımsaq təkcə mətbəximizin dadverici elementi deyil, həm də sağlamlıq üçün əvəzolunmaz bir təbii vasitədir. Metbuat.az xəbər verir ki, min illərdir həm təbii müalicə, həm də qoruyucu vasitə kimi istifadə olunan sarımsağın gündəlik qidalanmada yer alması bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarımsaqda olan allisin adlı maddə bakteriya və viruslara qarşı güclü təsirə malikdir. Bu səbəbdən, sarımsaq soyuqdəymə və qrip mövsümündə təbii müdafiə vasitəsi sayılır. Aparılan tədqiqatlar göstərir ki, sarımsaq yüksək qan təzyiqi olan şəxslərdə təzyiqi aşağı salmağa kömək edir. Müntəzəm istifadə ürək-damar sistemini qoruyur.Sarımsağın tərkibindəki maddələr pis xolesterolu (LDL) azaldır, yaxşı xolesterolu (HDL) isə artırır. Bu da ürək xəstəliklərinin riskini azaldır. Sarımsaq hüceyrələrin erkən qocalmasının qarşısını alır, bədəni sərbəst radikallardan qoruyur. Bu da həm dərinin sağlam görünməsinə, həm də xərçəng riskinin azalmasına yardımçı olur.Sarımsaq bağırsaqlardakı faydalı bakteriyaların fəaliyyətini dəstəkləyir, qəbizlik və şişkinlik kimi problemləri azaldır. Mütəxəssislər gündə 1-2 diş çiy sarımsağın istifadəsinin sağlamlıq üçün faydalı olduğunu bildirirlər. Amma bəzi insanlar (mədə problemi olanlar və ya qan durulducu dərman istifadə edənlər) istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.