İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib.
Bizim.Media xəbər verir ki, o, bu layihəni “İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bir təhdid” kimi qiymətləndirib.
Vilayətinin cəfəng sözlərinə görə, “düşmənlər iqtisadi inkişaf bəhanəsi ilə bölgədə öz planlarını həyata keçirmək istəyirlər.
O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürkist çevrələr “iqtisadi dəhliz” adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar əslində Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır.
O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycanın xalqını “düşmən planlarına qarşı ayıq olmağa” çağırıb.
Bizim.Media