Mark Travers klubunu dəyişib.
"Football-plus.az" xəbər verir ki, “Bornmut”un qapıçısını “Everton” heyətinə qatıb. 26 yaşlı futbolçu Liverpul klubu ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
İrlandiyalı oyunçu ötən mövsüm icarə əsasında çempionşipdə çıxış edən “Midlsbro”da oynayıb.