EN

HAMAS girovların azad edilməsinə mane olmaq üçün taktikasını dəyişir

Apa.az saytına istinadən ain.az xəbər verir.

Danışıqların dayandırılması fonunda HAMAS-da bu istiqamətdə narahatlıqlar artıb.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Aş-Şərq əl-Avsat” qəzeti fələstinli qruplaşmalardakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, HAMAS İsrail və ABŞ-ın Qəzza zolağının mərkəzində girovların azad edilməsi məqsədilə hərbi əməliyyat həyata keçirə biləcəyindən ehtiyat edərək təhlükəsizlik tədbirlərini gücləndirib.

Bildirilir ki, girovları qoruyan silahlılara verilən göstərişə əsasən, əgər İsrail Müdafiə Qüvvələri girovların saxlandığı yerlərə yaxınlaşaraq hücuma keçərsə və ya döyüşçülərin ələ keçirilməsi riski yaranarsa, girovları dərhal öldürsünlər.

Mənbələrin məlumatına əsasən, son günlər HAMAS mümkün kəşfiyyat fəaliyyəti və ya xüsusi əməliyyat hazırlığını göstərə biləcək şübhəli hərəkətlərə qarşı müşahidəni gücləndirib — bu, İsraillə əməkdaşlıqda şübhəli bilinən yerli sakinlərə də aiddir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
2
apa.az

3Sources