EN

Xocavəndin Yenikənd, Şuşanın Böyük Qaladərəsi və Xocalının Aşağı Yemişcan kəndlərində yanğın tam söndürülüb VİDEO

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
31
apa.az

10Sources