EN

Leninin nəşi Mavzoleydən çıxarılır: Dəqiq tarix bilindi

Sosialist inqilabının rəhbəri Vladimir Leninin cənazəsi bu payızda Mavzoleydən köçürüləcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Кремлевская табакерка” yazıb. 

“Ən azından, indilik planlaşdırılan budur. Məlumatı daha sonra ictimaiyyətə açıqlayacaqlarına söz verirlər”,-deyə məlumatda bildirilir.

“Cebheinfo.az” xatırladır ki, məqbərə memar Aleksey Şusev tərəfindən tikilib. Məqbərədə eni 24 metr, hündürlüyü 12 metr olan qırmızı qranit kommunizmi, qara labrador isə yası təmsil edir. Memar Şusev ölməzlik mesajını çatdırmaq üçün binada kub şəklindən istifadə edib. Binanın interyeri 100 m²-lik foye və yas zalı kimi təşkil olunub. SSRİ gerbi birbaşa əsas girişlə üzbəüz yerləşir.

Məqbərənin içərisində sol tərəfdəki pilləkənlərlə enərək yas salonuna çatmaq olar. Leninin cəsədi bu salonda şüşə sarkofaqdadır. Sarkofaqın yanında iki mühafizəçi keşik çəkir. Leninin cəsədini gördükdən sonra ziyarətçilər məqbərənin sol tərəfindəki qapıdan çıxır və məqbərənin arxasında Stalin, Brejnev və Suslov kimi digər mühüm sovet idarəçilərinin məzarlarını ziyarət edirlər.

Leninin cəsədi hər 18 aydan bir yenidən balzamlanır. Bu proses zamanı məqbərə ziyarətçilər üçün bağlanır və cəsəd məqbərə laboratoriyasına aparılır. Burada mumiya əridilir və yenidən mumiyalama prosesləri aparılır. Leninin kostyumu yeni və təmiz paltarlarla əvəz olunur.

Chosen
21
2
cebheinfo.az

3Sources