EN

Ukrayna ordusu Seversk yaxınlığında böyük hücumu dəf etdi

Yazını böyüt
Yazını kiçilt

Hazırda  Ukraynanın 54-cü əlahiddə mexanikləşdirilmiş briqadası 11-ci korpusun tərkibində fəaliyyət göstərən 81-ci aviasiya briqadası ilə birlikdə Donetsk vilayətinin Seversk istiqamətində rusların böyük hücumunu dəf edib.

Hafta.az xəbər verir ki, "UNİAN"-ın yaydığı məlumata görə, korpusun mətbuat xidmətinin "Ukrainskaya pravda" nəşrinə şərhində bildirdiyi kimi, briqadaların koordinasiyalı hərəkətləri nəticəsində 80 işğalçı məhv edilib.

“Düşmən iyulun 25-də saat 12:50-dən 15:00-dək 150-dən artıq işğalçı, 6 tank, 3 zirehli transportyor, 6 "MTLB"(çoxməqsədli amfibiya transportyor) 6 motosikldən və s. istifadə etməklə Müdafiə Qüvvələrinin Verxnekamenskoye və Qriqoryevka ərazisindəki mövqelərinə 27 dəfə basqın edib. İyulun 26-da baş verən döyüşlərdə 41 işğalçı məhv edilib, 37-si yaralanıb.

İşğalçılar mütəmadi olaraq Seversk istiqamətinə təzyiq göstərir, piyada və texnikadan istifadə etməklə vaxtaşırı orada genişmiqyaslı hücumlar həyata keçirirdilər. Rusiyanın hücumu 2025-ci ilin may-iyun aylarında qonşu Beloqorovka kəndinin itirilməsindən sonra xüsusilə güclənib. Severskin müdafiəsi  Rusiyanın Slavyanska hücumunu şərqdən tutmağa imkan verir.

İyulun 26-da "Luqansk" əməliyyat-taktiki qoşun qrupu korpus islahatları çərçivəsində fəaliyyətini dayandırır və 11-ci ordu korpusu formatında fəaliyyətini davam etdirir. "UP" mənbələrinin bildirdiyinə görə, Rusiya ordusu cəbhədə komanda formatında planlaşdırılan dəyişiklikdən xəbərdar olub və bu potensial “zəif yerdən” yararlanmağa çalışıb, lakin buna nail ola bilməyib”, - xəbərdə belə deyilir.

Chosen
52
hafta.az

1Sources