EN

Levandovski Yamal haqda görün nələr dedi

“Barselona”nın hücumçusu Robert Levandovski gənc komanda yoldaşı Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, polyak futbolçu bu barədə İspaniya mətbuatına danışıb.

“Lamin gəncdir, indi onun 18 yaşı var, amma böyüklər kimidir. Bəli, o, çox yaxşıdır, amma həm də yaxşı oğlandır və meydandan kənarda da çox yaxşı münasibətimiz var. Əminəm ki, bu mövsüm Lamin keçən ilkindən daha yaxşı oynaya biləcək.

Çünki bir yaş da böyüyüb, həm də ona görə ki, vaxt və iş onun tərəfindədir və bu, normaldır”,- Levandovski deyib.

Chosen
133
2
publika.az

10Sources