Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 28-nə gözlənilən tibbi-meteoroloji proqnozu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xidmətin açıqlamasına əsasən, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir. Bu isə meteohəssas insanlar üçün əsasən əlverişsizdir.