EN

Levandovski: “Barselona” ÇL-i qazanmaq üçün…”

“Barselona”nın polyak ulduzu Robert Levandovski Çempionlar Liqasını qazanmaq üçün “blauqrana”ya nə gərək olduğunu açıqlayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, 36 yaşlı veteran mərkəz hücumçusunun müvafiq qənaətini təqdim edir:

“Çempionlar Liqasını qazanmaq üçün, həmişə çox şey tələb edilir: azacıq uğur, amma həmçinin zədələrin yoxluğu. Ötən il bizim əla heyətimiz vardı, amma indi komanda başqa vəziyyətdədir. Mən düşünürəm ki, komandamız daha da güclü olub”, deyə Levandovski vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümündə “Barselona” Çempionlar Liqasında “bərk gedirdi”. Ancaq Kataloniya nəhəngi İtaliya nəhəngi “İnter”lə dramatik mübarizənin yekununda yarışda iştirakına xitam vermişdi – evdə 3:3 hesablı heç-heçədən sonra “Barselona” səfərdə 3:4 (əsas vaxt 3:3) hesablı məğlubiyyətə üzülmüşdü.

Əlavə edək ki, “Barselona” Çempionlar Liqasını 5 dəfə qazanıb. Kataloniya nəhənginin sonuncu uğuru 10 il öncəyə – 2014/2015-ci illər mövsümünə təsadüf edir.

Chosen
42
arena.az

1Sources