EN

“Sumqayıt” “Qəbələ”yə ilk yoxlama oyununda məğlub oldu

2025/2026-cı illər mövsümünə hazırlığını davam etdirən “Qəbələ” və “Sumqayıt” komandaları bu gün növbəti yoxlama oyununa çıxıblar.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı görüş Qəbələ şəhər stadionunda baş tutub.

Matçın taleyini bir qol həll edib. İlk yarısı qolsuz bitən oyunun ikinci hissəsində Domi Massumu fərqlənib. Onun 70-ci dəqiqədə vurduğu top “Qəbələ”yə minimalhesablı qələbə qazandırıb. Bu, komandanın yoxlama görüşlərində ardıcıl 3-cü qələbəsi olub.

“Qəbələ” buna qədər mövsümlərarası dövrdə keçirdiyi yoxlama oyunlarında “Şamaxı”ya 2:1, “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlmişdi.

“Sumqayıt” isə daha öncə doğma meydanında “İmişli” ilə qarşılaşmışdı – 0:0. Sözügedən komanda iyulun 31-də “Kəpəz”, avqustun 3-də “Şamaxı”, avqustun 7-də isə yenə “Qəbələ” ilə yoxlama oyunları keçirməyi planlaşdırıb.

Chosen
38
arena.az

1Sources