EN

ABŞ ilə Aİ arasında ticarət sazişi imzalanıb

ABŞ prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ilə görüşüb.
 
Moderator.az BBC-yə istinadən xəbər verir ki, qolf klubunda baş tutan görüş çərçivəsində tərəflər ticarət sazişi imzalayıblar.
 
Tramp mətbuat konfransında ABŞ-yə Avropa İttifaqından (Aİ) idxal olunan mallara tətbiq edilən rüsumun ən azı 15% olacağını bildirib.
 
Onun sözlərinə görə, Aİ ölkələrinin ABŞ-dən 150 milyard dollar dəyərində hərbi texnika və enerji resursları alacaq ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyulacaq.
 
Avropa Komissiyasının sədri tərəflərin yaxşı razılaşma əldə etdiyini bildirib.
Chosen
109
7
moderator.az

6Sources