Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.
Fanat.Az xəbər verir ki, yığma komanda həlledici matçda Latviya seçməsindən güclü olub - 15:12.
Qeyd edək ki, milli komanda qrup mərhələsində Çexiyanı 20:12, Slovakiyanı 21:8 hesabı ilə üstələyib. Yığma bu gün 1/4 finalda Çini 18:12, yarımfinalda İsə Rumıniya “Rapid”inə 21:15 hesabı ilə məğlub edib.