EN

Makrondan Rusiya açıqlaması: Atəşkəsə razılaşmalıdırlar

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya təzyiqlərin artırıldığını və Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezident Administrasiyasının “X” sosial platformasında məlumat paylaşılıb.

Makron bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ifadə edib. O, Fransanın Kiyevə hərbi və siyasi yardımını gücləndirəcəyini, eyni zamanda Moskva üzərində beynəlxalq təzyiqin artırılmasına çalışacağını bildirib.

“Rusiya avropalıların iştirakı ilə davamlı və real sülh danışıqlarına yol açacaq atəşkəsə razılaşmalıdır”, – deyə Fransa Prezidenti vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
100
globalinfo.az

1Sources