Ötən mövsüm "Səbail”də oynamiş İnnosent Nşutinin yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Ruanda millisinin hücumçusu Tunisdə çıxış edəcək.
Nşuti bu ölkənin yüksək liqa təmsilçisi “Zarzis”lə anlaşıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Xatlrladaq ki, Nşuti bu ilin yanvarından iyununa qədər "Səbail"də oynayıb.