EN

“Yuventus” Timoti Veaya əvəzləyici tapıb

“Yuventus” heyətində dəyişikliklərə hazırlaşır.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Timoti Veanın ayrılığı fonunda Turin təmsilçisi artıq onun əvəzləyicisini müəyyənləşdirib. İtaliya klubunun əsas namizədi Madrid “Atletiko”sunun argentinalı cinah müdafiəçisi Naüel Molinadır.

25 yaşlı futbolçunun böyük ehtimalla Fransanın “Marsel” klubuna transfer olunacağı gözlənilir. "Yuventus" amerikalının satışından sonra dərhal Molina üçün İspaniya klubu ilə danışıqlara başlayacaq.

27 yaşlı futbolçunun “Transfermarkt” portalına əsasən dəyəri 20 milyon avro təşkil edir. Dünya çempionunun “Atletiko” ilə mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. O, geridə qalan mövsümdə Dieqo Simeonenin rəhbərliyi altında 46 oyuna çıxaraq 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
28
90deqiqe.az

1Sources