EN

Nigeriyada sərnişin qayığı batıb: 25 nəfər ölüb

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nigeriyanın Niger əyalətində sərnişin qayığının çayda batması nəticəsində 25 nəfər ölüb.

Xalqcebhesi.az xəbər verir ki, milli medianın məlumatına görə, Niger əyalətinin Munya bölgəsində bazara gedən qayıq Şiroro bölgəsində batıb.

İlkin məlumata görə, qəza nəticəsində 25 nəfər həlak olub, onlarla insan itkin düşüb.

Səlahiyyətlilər ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağından ehtiyatlandığını bildirib.

Yağışlı mövsümdə Nigeriyada çay və göllərdə qayıq qəzaları tez-tez baş verir.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
110
1
icma.az

7Sources