EN

Türkiyə Konteyner qiyafəsində raket buraxılış sistemini nümayiş etdirib

İstanbulda keçirilən IDEF beynəlxalq müdafiə sərgisində Türkiyənin Roketsan şirkəti adi yük konteynerinə bənzəyən raket buraxılış sistemini nümayiş etdirib...

Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən xəbər verir. 

Nəşr qeyd edib ki, şirkət öz inkişafını Atatürk Hava Limanının ərazisində yerləşən sərgi meydançasında nümayiş etdirib.

Altı Kara Atmaca yer-yer qanadlı raketləri altı və ya on iki metr uzunluğundakı yük konteynerinin içərisinə yerləşdirilə bilər. Onların uçuş məsafəsi 300 km-ə qədərdir. Konteynerdə həmçinin buraxılışa nəzarət mərkəzi də var.

Belə “kamuflyaj” sayəsində sistemin aşkarlanmasının çətin olduğu, hücumun isə qəfil ola biləcəyi vurğulanıb.

Poliqon.info 

Chosen
116
2
poliqon.info

3Sources