EN

Türkiyədə meşə yanğınları tüğyan edir: 3515 nəfər təxliyə edildi

Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazar günü ölkənin dördüncü böyük şəhəri olan Bursanı təhdid edib və 3500-dən çox insanın evlərini tərk etməsinə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Türkiyənin şimal-qərbində, Bursanı əhatə edən meşəlik dağlarda gecə saatlarında baş verən yanğınlar güclü küləklərin təsiri ilə sürətlə yayılıb.

Meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildirib ki, Bursanın şimal-şərqində yerləşən kəndlərdən 3515 nəfər təhlükəsiz şəkildə təxliyə olunub.

Bundan əvvəl Yakuplar (300 nəfər) və Çakmak (200 nəfər) kəndləri tam şəkildə təxliyə edilmişdi. Bu gün isə daha dörd yaşayış məntəqəsi – Çatalsöğüt, Çamoğlu, Ilıcaksu və Dutluca kəndlərinin də boşaldılmasına qərar verilib.

Chosen
77
3
publika.az

10Sources