EN

Birinci Dünya Müharibəsinin başlamasından 111 il keçir



Birinci Dünya müharibəsinin başlamasından 111 il ötür.

Newscenter.az xatırladır ki, Birinci Dünya Müharibəsi 1914-cü il, 28 iyul tarixində başlayıb. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin başlanması üçün bəhanə oldu.

Bu, bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə hesab edilir. Müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu. Böyük Britaniya, Fransa və Rusiya, yəni "Antanta", "Üçlər ittifaqı"-da isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Sonralar 1914-cü ildə Yaponiya Antantaya, 1915-ci ildə isə İtaliya "Üçlər ittifaqı"-dan Antantanın tərəfinə keçdi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. Müharibədə 10 milyona yaxın əsgər öldü.

Müstəmləkəçi ölkələrin inkişafı, Almanların güclənməsi, və müstəmləkə uğrunda apardıği amansız müharibələr ilk növbədə almanlar və Antanta arasındakı ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə Birinci dünya müharibəsinə gətirib çıxardı. Bu ziddiyətlərin başlıcası Almaniya ilə Böyük Britaniya arasında idi.

Anar Əliyev
Chosen
30
1
newscenter.az

2Sources