EN

Kim Çen Inın bacısından Seulun “sentimental” bəyanatlarına sərt cavab: Yanılırsınız

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq əmindir ki, ölkəsinin qonşusu ilə danışmağa heç nəyi yoxdur.

Publika.az xəbər verir ki, o hesab edir ki, Pxenyan və Seul münasibətlərində geri dönüşü olmayan nöqtəni keçiblər.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Kim Yo Conq həmçinin bildirib ki, Cənubi Koreyanın səsucaldanlar vasitəsilə təbliğat mesajlarının yayımını dayandırmaq, vərəqələr yaymamaq və digər hərəkətləri dayandırmaq səyləri xoşməramlılıq jesti deyil. Onun fikrincə, bu, öz səhvlərinin düzəldilməsidir.

“Əgər Seul bir neçə sentimental bəyanatla öz düşmənçilik siyasətinin nəticələrini silə biləcəklərini düşünürdüsə, o zaman dərin yanılırlar”, - Şimali Koreya liderinin bacısı vurğulayıb.

Chosen
57
publika.az

1Sources