EN

KXDR Cənubi Koreya ilə danışıqlardan imtina edib

Pxenyan Seulun barışıq təşəbbüslərini qəbul etmədiyini açıqlayıb...

Poliqon xəbər verir, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjonun sözlərinə görə, Cənubi Koreyanın yeni rəhbərliyi KXDR ilə münasibətləri yaxşılaşdırmaq üçün bir sıra addımlar atıb. Belə ki, Seul ucadan səsləndirici qurğular vasitəsilə təbliğat yayımını dayandırıb, KXDR ərazisinə vərəqə atmaqdan imtina edib və turistlərin Şimali Koreyaya keçidinə şərait yaratmağa başlayıb.

Lakin bu addımlara baxmayaraq, Şimali Koreya Cənubi Koreya ilə danışıqlara başlamaq niyyətində deyil. Kim Yo Çjon bildirib ki, Cənubi Koreya rəsmilərinin “barışıq dövrü başlatmaq” çağırışları ölkənin “hakimiyyətinin əsl mahiyyətini” dəyişmir.

Onun sözlərinə görə, Cənubi Koreya hələ də “KXDR-i udaraq birləşdirməyə aludə olub” və Pxenyan unutmur ki, Seul vaxtilə “Şimali Koreyanı əsas düşmən” elan etmişdi. Kim Yo Çjon əlavə edib ki, hazırkı barışıq jestləri “tarixin əqrəbini geri döndərə bilməz”.

“Seulun istənilən siyasi təklifi və tədbiri bizi maraqlandırmır. Cənubi Koreya ilə danışıqlar masasında müzakirə edəcəyimiz heç nə yoxdur”, – deyə onun sözlərini Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Qeyd edək ki, iyul ayında Cənubi Koreyada prezident seçilmiş Demokratik Partiyanın lideri Li Çje Myon Şimali Koreya ilə konfrontasiya mövqeyindən siyasət aparmağı rədd etdiyini və bütün məsələlərin dialoq və əməkdaşlıq yolu ilə həll olunacağını vəd edib.

Poliqon.info

Chosen
28
poliqon.info

1Sources