Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində su borusu zədələnib. Nəticədə içməli su küçəyə axır.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən hal qəsəbənin Həzi Aslanov küçəsində baş verib. Üstəlik vəziyyət 15 günə yaxındır ki belədir:
"Daha əvvəl də belə hal olmuşdu. Eyni boru dəfələrlə deşilib", - deyə şikayətçi vurğulayıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: