EN

Kim Çen Inın bacısı: Şimali Koreya ilə Cənubi Koreya arasında sülh mümkün deyil...

Pxenyan Seulla danışıqları mümkünsüz sayır və münasibətlərin bərpasını istisna edir...

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Şimali və Cənubi Koreya arasındakı münasibətlərin "geri dönüş nöqtəsini" keçdiyini və Pxenyanın Seulla danışıqlara marağının olmadığını bəyan edib.

Poliqon xəbər verir, bu barədə onun açıqlamasını Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

“Cənubi Koreyada hakimiyyətə kim gəlirsə-gəlsin, nə kimi təkliflər verilsə də, bizə maraqlı deyil. Seulla danışmağa heç bir səbəbimiz yoxdur”, deyə Şimali Koreya liderinin bacısı bildirib.

Kim Yo Çjon vurğulayıb ki, Seul Şimali Koreyaya qarşı düşmən siyasətini davam etdirir və yaxın vaxtlarda ABŞ ilə birgə Şimali Koreya sərhədləri yaxınlığında hərbi təlimlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Kim Çen In KXDR-in “antiimperialist və antiamerikan mübarizədə” qalib gələcəyini bəyan etmişdi.

Eyni zamanda, The Korea Times nəşrinin yazdığına görə, Cənubi Koreya hökuməti Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitinə (APEC), hansı ki 31 oktyabr – 1 noyabr tarixlərində Seulda keçiriləcək, Kim Çen Inı dəvət etməyi planlaşdırır. Mənbəyə görə, bu dəvət iki ölkə arasında gərginliyin azaldılması baxımından mühüm addım ola bilər.

Poliqon.info

Chosen
5
poliqon.info

1Sources