EN

Der Standard: Si Tsinpin hər gün həyatıı üçün qorxur...

Çin liderinin hakimiyyəti pandemiya və daxili problemlər fonunda sarsılıb...

Poliqon xəbər verir, bu barədə Almaniyanın "Der Standard" nəşri yazır.

Nəşr qeyd edir ki, 2013-cü ildən Çin Xalq Respublikasının (ÇXR) sədri vəzifəsində olan Si Tsinpin ölkəni dünyanın aparıcı dövlətlərindən birinə çevirib. Onun hakimiyyəti total nəzarət və iqtisadi uzaqgörənlik üzərində qurulub. Lakin COVID-19 pandemiyasının başlanğıcı və ardınca gələn böhranlar həm Çin yüksəlişinin davamlılığı, həm də Si Tsinpinin hakimiyyətdə qalma qabiliyyəti ilə bağlı şübhələr yaradıb.

Nəşr yazır ki, Çin, dünyanın ən böyük və ən qabaqcıl texnoloji izləmə sistemlərinə sahib ölkəsi kimi, indi hakimiyyət dəyişikliyi ərəfəsində ola bilər. Belə bir vəziyyətdə ölkənin hazırkı liderinin günləri sayılırmı?

Nəşrə görə Çinin mövcud siyasi sistemi və Si Tsinpinin yürütdüyü siyasət çoxları üçün həm güc, həm də risk mənbəyidir. Pandemiya dövründə sərt karantin və nəzarət tədbirləri ölkədə həm iqtisadi problemləri dərinləşdirib, həm də vətəndaşların narazılığını artırıb. Bundan əlavə, Çin iqtisadiyyatında yavaşlama, xarici ticarət gərginlikləri və daxili siyasi rəqabət Si Cinpinin mövqeyinə təzyiqlər yaradır.

Bəzi analitiklər Si Tsinpinin hər gün təhlükə altında olduğunu, onun yaxın ətrafında və ölkə daxilində rəqiblərinin hakimiyyət üçün sarsılmaz mübarizə apardığını iddia edir. Hətta Çin daxilindəki idarəetmə strukturlarında liderə qarşı gizli narazılıqların artdığına dair məlumatlar dolaşır.

Si Cinpinin nəzarət etdiyi güc strukturları isə bu cür riskləri minimuma endirməyə çalışır. Lakin belə görünür ki, pandemiya sonrası dövrdə siyasi sistem daha mürəkkəbləşib və Çin liderinin mövqeyi hələlik qeyri-müəyyən olaraq qalır.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources