EN

“Google” Türkiyədə ölümcül zəlzələ ilə bağlı milyonlarla insanı xəbərdar edə bilmədiyini etiraf edib

Bakı. Trend:

“Google” korporasiyası zəlzələ bildiriş sisteminin 2023-cü ildəTürkiyədə baş vermiş ölümcül zəlzələ zamanı insanları düzgünməlumatlandıra bilmədiyini etiraf edib.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, episentrin təxminən 150 km çevrəsində yaşayaninsanlar “Google”-ın yüksək səviyyəli bildirişini alaraq,təhlükəsiz yerə sığınmaq üçün qiymətli 35 saniyə qazanabilərdi.

7,8 bal gücündə həmin zəlzələ vaxtı belə bir həyəcan bildirişyüz minlərlə insana göndərilməli olsa da, yalnız 469 nəfər “Birtədbir görün!” (Take Action) xəbərdarlığı alıb.

Bundan başqa, yarım milyon insana sistemdəki pozuntuyla əlaqədar“yüngül yeraltı təkan” tipli aşağı-həyəcan səviyyəli bildirişgöndərilib.

2023‑cü il 6 fevral tarixində Türkiyədə baş vermiş zəlzələdə 50mindən çox insan həlak olub. Türkiyədə birbaşa fiziki zərərlərtəxminən 34,2 milyard ABŞ dolları olaraq qiymətləndirilmişdir vəbu, ölkə ÜDM‑inin təxminən 4 %-ni təşkil edir.

Məqalədə:
Chosen
56
az.trend.az

1Sources