EN

Musiqinin körpə inkişafına möcüzəvi təsiri

Musiqi təkcə yetkinləri deyil, körpələri də güclü şəkildə təsirləndirir. Mütəxəssislər bildirir ki, musiqi, hələ ana bətnindən etibarən körpələrin emosional, zehni və fiziki inkişafında mühüm rol oynayır.

 

Pravda.az xatırladır ki, Körpələr 16-cı həftədən etibarən səsləri eşitmə qabiliyyətinə malik olur. Sakit musiqi onların sakitləşməsinə, qan təzyiqinin düşməsinə və oksigen səviyyəsinin artmasına səbəb olur. Tədqiqatlar göstərir ki, ana bətnində musiqi dinləyən körpələr daha uyğunlaşan və sakit davranışlar sərgiləyir.

 

Musiqi həmçinin körpənin yaddaş, diqqət və qavrama qabiliyyətini artıraraq zehni inkişafına dəstək olur. Musiqi ilə böyüyən uşaqlarda yaradıcılıq və təxəyyül daha güclü olur, gələcəkdə öyrənmə bacarıqları daha yüksək olur.

 

Sosial baxımdan da musiqi körpələrə faydalıdır – onlar daha açıq, ünsiyyətcil və özünə güvənli böyüyürlər. Eyni zamanda musiqi, psixomotor bacarıqların və fiziki inkişafın güclənməsinə də töhfə verir.

 

Ana ilə körpə arasında qurulan musiqili ünsiyyət, həm dil, həm də eşitmə qabiliyyətinin inkişafını gücləndirir. Beləliklə, musiqi körpə inkişafında təbii və təsirli bir vasitə kimi önə çıxır.

 

Əminə Bayramova

Tarix: 28 İyul 2025, 10:47   
Chosen
32
pravda.az

1Sources