"Mançester Yunayted" Randal Kolo Muani ilə maraqlanan komandalar sırasına qoşulub.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" fransalı hücumçu üçün PSJ ilə danışıqlara başlayacaq.
Bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Qeyd edək ki, "Mançester Yunayted" bu hələlik 3 transfer edib: Dieqo Leon, Mateus Kunya və Brayan Mbemo.
Kolo Muaninin PSJ ilə 2028-ci ilin yayına qədər müqaviləsi var. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"da keçirib. "Qoca sinyora" da onu transfer etmək istəyən klublardan biridir.