"Qəbələ" və "Sumqayıt" yoxlama oyununda qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, görüş Qəbələdə keçirilib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Domi Massumo vurub.
Xatırladaq ki, yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1) və "Kəpəz" (2:0) ilə qarşılaşıb. "Sumqayıt" isə "İmişli" ilə 0:0 hesablı heç-heçə etmişdi.