EN

Suriyada yeni ssenari: Türkiyə cənubdan mühasirəyə alınır

Suriyada münaqişənin son mərhələsinə dair qeyri-müəyyənliklər dərinləşdikcə, beynəlxalq güclər tərəfindən hazırlanan yeni “Suriya modeli” addım-addım həyata keçirilir. Fransanın paytaxtı Parisdə baş tutan və Türkiyənin dəvət olunmadığı son sülh danışıqları ölkənin dörd yerə bölünməsi ehtimalını gücləndirərək Ankaranı ciddi geosiyasi təhdidlərlə üz-üzə qoyur.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən sammit ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak tərəfindən təşkil edilib.

Sammitdə İsrailin strateji işlər naziri Ron Dermer, SDQ-nin rəhbəri Mazlum Abdi və Suriya müxalifətindən olan Əsəd Həsən Şeybani iştirak edib. Görüşdən sonra ilk dəyişiklik Süveydada baş verib. Belə ki, bölgənin nəzarəti İsrailin dəstəklədiyi druz qruplarına təhvil verilib və Süveyda Hərbi Şurası muxtariyyət elan edib.

Ardınca SDQ rəhbərliyi də mərkəzi hökumətə tabe olmayacaqlarını və muxtariyyət istədiklərini bildirib. Ekspertlər bu addımların İsrailin rəhbərlik etdiyi “David dəhlizi” planının icrası ilə əlaqəli olduğunu vurğulayır.

Əl-Tanf bazası və geosiyasi strategiya

Təhlillərə görə, Suriyanın İraq və İordaniya ilə sərhədində yerləşən Əl-Tanf bazası “David dəhlizi”nin əsas dayağı hesab olunur. ABŞ-ın burada yerləşdirdiyi hərbi qüvvələr yalnız İŞİD-lə mübarizə məqsədi daşımır. Eyni zamanda İrandan Livana qədər uzanan müqavimət xəttini parçalamaq və Suriyanın logistika əlaqələrini kəsmək üçün istifadə olunur.

“Barak modeli” və Federal Suriya planı

Türkiyəli təhlükəsizlik eksperti Ünal Atabayın sözlərinə görə, Süveyda ilə bağlı atılan addımlar regional miqyaslı strateji planın tərkib hissəsidir. Onun sözlərinə görə, Parisdə İsrail və Suriya arasında imzalandığı iddia edilən razılaşma faktiki olaraq “Federal Suriya”nın əsasını qoyur: “Druzlar muxtariyyət əldə etdilər. Suriyanın heç bir dövlət qurumu Süveydada fəaliyyət göstərə bilməyəcək. Quneytra-Dera-Suveyda xətti tərksilah ediləcək. ABŞ sazişin müddəalarına nəzarət edəcək. Barrak artıq SDF üçün bir model hazırladı”.

Chosen
38
publika.az

1Sources