EN

İsrailli nazir: "Əsirləri qaytarmaq şansı qalmayıb"

Bu sözləri İsrailin təhsil naziri Yoav Kiş ölkənin İctimai Yayım Şirkətinə açıqlamasında söyləyib. O vurğulayıb ki, HƏMAS terrorçuları vəziyyətlə barışmır, silahı yerə qoymaq istəmirlər.

"İsrail, eyni zamanda, Qəzza zolağında aclığın artması ilə əlaqədar beynəlxalq təzyiqlərlə üzləşib, zolağa humanitar yardım axınını artırmaq məcburiyyətində qalıb. Zənnimcə, bu, HƏMAS-ın yalançı aclıq kampaniyası deyil",– nazir deyib.

Onun sözlərinə görə, humanitar yardım keçidinə icazə verilməsi və insanların sıx məskunlaşdıqları ərazilərdə döyüşlərin müvəqqəti dayandırılması İsrailə hərbi müstəvidə "töhfə vermir".

"Belə addımlar bizi HƏMAS-la döyüşdə zəiflədir. Çox çəkmədən bu yanaşmadan yayınmalıyıq",– Kiş bildirib.

Firudin Həmidli
AzVision.az
Chosen
4
2
azvision.az

3Sources