EN

Kamboca böyük hücum hazırlayır VİDEO

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Tayland hökumətinin yaydığı bəyanatda belə iddia irəli sürülür. “Kambocanın hücumları qeyri-müntəzəm şəkildə davam edir və sərhədyanı ərazilərdə yaşayan əhali üçün əlavə risklər yaratmaqla döyüşlərin aparılması qaydalarını poza bilər. Vəziyyət son dərəcə gərgin olaraq qalır və Kambocanın həqiqətən də danışıqlara başlamazdan əvvəl genişmiqyaslı əməliyyat hazırlaması ehtimalı var”, - Tayland hökumətinin saytında yerləşdirilən bəyanatda deyilir.

Tayland genişmiqyaslı müharibəni istisna etmir | VİDEO

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Tayland və Kamboca arasındakı mübahisəli sərhəddə quru qoşunları arasında atışma baş verib. Tayland hakimiyyəti qarşı tərəfi münaqişəni qızışdırmaqda ittiham edib, daha sonra isə ölkənin Hərbi Hava qüvvələri (HHQ) qonşu dövlətin ərazisindəki hədəflərə zərbələr endirib. İyulun 26-da isə ABŞ prezidenti özünün “Truth Social” sosial şəbəkəində Tailand və Kamboca liderlərinin onunla söhbət əsnasında atəşi dayandırmaq istəkləri barədə paylaşım edib. Onun sözlərinə görə, Pnompen və Banqkok artıq dərhal görüşmək və atəşkəs üzərində işə başlamaq barədə razılığa gəliblər.

Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
2
azvision.az

3Sources