EN

Ötən həftə 7 nəfər dənizdə boğulub VİDEO

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 780 yanğına çıxış, 50 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 51 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
110
9
cebheinfo.az

10Sources