EN

Saada: “Biz düşmənimizi ərzaqla təmin edən ağlsız bir millətik”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Likud” partiyasından olan Knesset deputatı Moşe Saada hökumətin Qəzzaya humanitar yardımı artırmaq və döyüş əməliyyatlarını mütəmadi olaraq dayandırmaq qərarını sərt şəkildə tənqid edib. O, bunu “əxlaqsız və qeyri-etik bir siyasət” adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Saada "103FM" radiostansiyasına verdiyi müsahibədə deyib.

“Bu siyasət HƏMAS döyüşçülərini maliyyələşdirir, silahlandırır və onların sıralarına yeni qüvvələr cəlb edir ki, bizim övladlarımızla vuruşsunlar. Dürüst olmalıyıq: İsrail humanitar yardımın bölgəyə keçməsinə icazə verir, bu yardım isə sonda HƏMAS-ın əlinə keçir və onlar bu vasitələrlə terrorçuları silahlandırır, yedirir, təlim keçirlər”, - deyə qeyd edib

O, ciddi nəzarət altında olan humanitar zona yaradılmasını təklif edib: “HƏMAS-dan ayrılmaq istəyən vətəndaşlar tam şəkildə İsrail Müdafiə Qüvvələri (İMQ) nəzarətində olan humanitar zonaya yönləndirilməlidir. Bu zonada su, enerji, ərzaq və tibbi xidmətlərə çıxış təmin olunmalıdır. Bütün dünya bunu görəcək. HƏMAS-a sığınacaq verənlərə isə yalnız bir aqibət gözləyir – orada mühasirədə saxlanılmalıdır”, - deyib.

Saada: “Mən tarixə baxdım – döyüş əməliyyatları zamanı düşmənini ərzaqla təmin edən heç bir ölkə nümunəsinə rast gəlmədim. Bu, ağlasığmazdır. Biz – ağır vəziyyətdə olan bir ölkəyik”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources