EN

Yolu azaraq gecəni meşədə keçirən qadın tapıldı

Gecə saatlarında Qəbələ rayonunda yolu azaraq meşə sahəsində itən qadın tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Bum qəsəbəsi ərazisində baş verib.

Bir nəfərin itkin düşməsi barədə FHN-ə müraciət edilib. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az"

Chosen
11
3
cebheinfo.az

4Sources