EN

Rusiyada “Aeroflot”un 40-dan çox reysi ləğv edildi – VİDEO

Rusiyada “Aeroflot”un 40-dan çox reysi ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya KİV-ləri yayıb.
 

Məlumata görə, Moskvadan aşağıdakı şəhərlərə uçuşlar baş tutmayıb: Həştərxan, Yekaterinburq, İrəvan, Kazan, Kalininqrad, Krasnoyarsk, Mahaçqala, Minsk, Murmansk, Samara, Soçi, Sankt-Peterburq və digər istiqamətlər.


Bu nəqliyyat böhranının mümkün kiberhücumla əlaqəli olub-olmadığı barədə "Aeroflot" rəhbərliyi hər hansı açıqlama verməyib.

Eyni zamanda, Sibir hava limanlarında 1 000-dən çox sərnişin yolda qalıb. Onlar Qorno-Altaysk, Kemerovo, Novosibirsk, Omsk və Tomskdan reyslərin gecikməsi səbəbindən uça bilməyiblər. Bu şəhərlərdə avianəqliyyatda yaranan problemlərin səbəbi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, "Aeroflot" daha əvvəl aviadaşıyıcının informasiya sistemlərində nasazlıq baş verdiyini elan etmişdi. Bu səbəbdən uçuş cədvəllərində məcburi dəyişikliklər ediləcəyi gözlənilirdi.





Bizim.Media

Chosen
41
bizim.media

1Sources