Tailandın paytaxtı Banqkokda Or To Ko bazarında baş verən atışma nəticəsində ən azı 6 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyükşəhər Polis Bürosunun rəis müavini Charin Gopatta, hadisədən sonra hücumçunun intihar etdiyini açıqlayıb.
Məlumata görə, ölənlər arasında dörd təhlükəsizlik işçisi və bir qadın da var.
Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib və hadisə ilə bağlı araşdırmalar davam edir.