Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyədə məmurun rüşvət almasına dair görüntülər yayılıb.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, söhbət Dəyanət İşləri Başqanlığının Məkkədəki səlahiyyətli nümayəndəsi Ahmet Daştanbekdən gedir.
Onun pul saymasının əks olunduğu gizli çəkilmiş kadrlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Görüntüləri lentə alan şəxsin Ahmet Daştanbeklə olan dialoqundan məmurun lentə alınmaqdan ehtiyatlandığı məlum olur.
Bildirilir ki, A. Daştanbek həmin görüntülərin çəkildiyi vaxt 270 min dollar rüşvət alıb.
Bu gönderiyi Instagram'da gör
Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi
Qeyd edək ki, artıq İstanbul Baş Prokurorluğu məsələni araşdırmağa başlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.