EN

Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb

Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblarBu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.“İki ölkənin müdafiə nazirləri Suren Papikyan və Nikos Dendiasın görüşündə Ermənistan-Yunanıstan müdafiə əməkdaşlığı məsələləri müzakirə edilib. Qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib, bu əməkdaşlığın yenilənmiş formatda, o cümlədən hərbi-texniki istiqamət, təcrübə mübadiləsi, təhsil, təlim-tədris, taktiki hazırlıq və digər sahələrdə inkişaf etdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda bildirilib.Müqavilənin imzalanması barədə Yunanıstan naziri Nikos Dendias da “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, bu sahədə İrəvanla qarşılıqlı fəaliyyət Yunanıstan hökuməti üçün prioritetdir.Poliqon.info

Chosen
303
2
poliqon.az

2Sources