Məşhur ingilis aktrisa Ceri Nelmes İstanbuldakı mağazaların birində etdiyi oğurluğa görə polis tərəfindən saxlanılıb.
Kulis.az xəbər verir ki, onun dediyinə görə, alış-verişdən sonraödəniş etməyi unudaraq çıxıb, sonradan geri qayıdıb və ödəniş etməyi təklif edib. Bunun da mağaza müdiri tərəfindən müsbət qarşılandığını bildirib.
Qeyd edək ki, aktrisanı üç ilə qədər həbs gözləyir.