EN

Tramp Rusiyaya verdiyi möhləti azaldacaq

"Putinə verdiyim 50 günlük möhlətin müddətini azaldacaĞAm".

"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib:

“Biz dəfələrlə prezident Putinlə telefonda danışmışıq. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Mən ondan çox məyusam. Ona verdiyim 50 günü də azaldacağam”.

ABŞ lideri daha sonra Britaniya Baş naziri Keir Starmer ilə təkbətək danışıqlara başlayıb.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.

"Cebheinfo.az"

Chosen
16
11
cebheinfo.az

10Sources