EN

Neftçalada"Bəxtiyar Vahabzadəyə xitabən” adlı ustad dərsi və sərgi təşkil olunub

Neftçala, 28 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Neftçala Dövlət Rəsm Qalereyasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə "Bəxtiyar Vahabzadəyə xitabən” adlı ustad dərsi və sərgi təşkil olunub.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rəssam Dadaş Dadaşovun keçirdiyi ustad dərsində həvəskar rəssamlar şairin poeziyasından ilhamlanaraq, fırçalarını onun obrazına və ideyalarına həsr ediblər. Rəsm əsərlərində Bəxtiyar Vahabzadənin vətənpərvər ruhu, azadlıq və milli kimlik motivləri öz əksini tapıb.

Ustad dərsində iştirak edən gənc və yeniyetmə rəssamlar müxtəlif texnikalara müraciət ediblər.

Ustad dərsinin keçirilməsində məqsəd gənc nəslin milli mədəniyyətimizə, poeziyaya və incəsənətə olan sevgi aşılamaqdır.

Ustad dərsindən sonra çəkilən rəsmlərdən ibarət sərgiyə baxış olub.

Chosen
16
2
azertag.az

3Sources