EN

Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR

Bakı. Trend:

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunantexniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkiliməqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisarvə İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə AzərbaycanRespublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlıfəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, bu Qayda “Bir pəncərə” prinsipinə əməl edilməklə,ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallaranəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidentiyanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyivə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasındaqarşılıqlı fəaliyyəti tənzimləyir.

Agentlik və Komitə ölkəyə idxal olunan mallara nəzarətin həyatakeçirilməsi, texniki tənzimləmə sahəsində risklərin idarə edilməsi,sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarınınmüdafiəsi və malların idxalı zamanı gömrük rəsmiləşdirilməsininsürətləndirilməsi məqsədilə malların idxalatçıları, həmçininmalların gömrük ərazisinə daxil olması barədə məlumatlarınmübadiləsini həyata keçirirlər.

Agentlik uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrininreyestrinə daxil olmuş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsivə tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatlarınreal vaxt rejimində Komitəyə ötürülməsini və bununla əlaqədarməlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

Komitə idxal olunan gömrük rəsmiləşdirilməsi başa çatmış mallaradair gömrük bəyannaməsində əks olunan müvafiq məlumatları (malıgöndərən, malı qəbul edən, malın adı, təsviri (miqdarı, növü),kodu, çəkisi, “Texniki tənzimləmə haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq verilmiş uyğunluqsertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəliuyğunluq sənədlərinin nömrəsi) real vaxt rejimində Agentliyəötürür.

Agentlik mallara münasibətdə istehlakçıların təhlükəsizliyinintəmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyatakeçirilməsi məqsədilə ölkə ərazisində istehlak bazarlarınaçıxarılmış idxal mallarına aparılmış nəzarət tədbirləri zamanıAgentliyin müəyyən etdiyi təhlükəli hallar barədə Komitəyə məlumatötürür.

Bu Qaydada nəzərdə tutulmuş məlumatların mübadiləsi Agentlik vəKomitə arasında real vaxt rejimində Elektron Hökumət İnformasiyaSistemi (EHİS) vasitəsilə həyata keçirilir və bu məlumatlarTərəflərin səlahiyyətləri çərçivəsində istifadə edilə bilər. Əldəolunmuş məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisnaolmaqla üçüncü tərəflərə təqdim olunmamalıdır.

Məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkünolmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına vəsistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlıgücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektronkabinetləri vasitəsilə daxil edilir.

Agentlik və Komitə ölkəyə idxal olunmuş malların dövriyyəsisahəsində risklərin idarə edilməsi, təhlili, mallara, onlarınsaxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habeləmonitorinqlər də daxil olmaqla, malların dövriyyəsi ilə məşğul olanidxalatçıların maarifləndirilməsi üçün birgə tədbirlər həyatakeçirə bilərlər.

Bu Qayda barəsində qüvvəyə minmiş texniki reqlament və istinadstandartları qəbul edilmiş mallara münasibətdə tətbiq olunur.

Məqalədə:
Chosen
32
3
az.trend.az

4Sources