EN

ABŞ İranın nüvə infrastrukturuna yenidən zərbələr endirməyə hazırdır - Tramp

Bakı. Trend:

ABŞ İranın nüvə infrastrukturuna yenidən zərbələr endirməyəhazırdır.

Trend xəbər verirki, bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın başnaziri Kir Starmerlə keçirdiyi görüş zamanı danışıb.

Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinq Ağ Evin“YouTube” kanalında canlı yayımlanıb.

Tramp bildirib ki, Tehranın nüvə proqramını bərpa etmək cəhdinəABŞ dərhal və sərt şəkildə cavab verəcək.

"Onlar çox pis siqnallar göndərirlər, çox xoşagəlməz siqnallar.Bunu etməməlidirlər" – Tramp Şotlandiyada Böyük Britaniyanın başnaziri Kir Starmer ilə birgə çıxışı zamanı deyib.

Prezident iddia edib ki, ABŞ artıq İranın nüvə imkanlarınıaradan qaldırıb və əgər Tehran bu proqramı yenidən bərpa etməyəcəhd göstərsə, dərhal tədbir görüləcək.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources