EN

Evi təmizləyən robot da yaradıldı: Hər işi görür, amma...

Çinin "Haier Group" şirkəti məişət işlərini yerinə yetirmək üçün nəzərdə tutulmuş insanabənzər robot "HİVA Haiwa"nı təqdim edib. Yeni məhsulun əsas özəlliyi ondan ibarətdir ki, hazırkı mərhələdə o, avtonom deyil və şirkətin operatorları tərəfindən uzaqdan idarə olunur.

Publika.az xəbər verir ki, bu barədə "IT Home" nəşri məlumat yayıb.

Android döşəmələri silmək, paltaryuyan maşını işə salmaq, paltarları ütüləmək və qatlama kimi müxtəlif vəzifələri yerinə yetirməyə qadirdir.

Cihazın hündürlüyü 165 sm, çəkisi isə 70 kq-dır. Ayaqların əvəzinə hərəkət üçün təkərli platforma malikdir. Dizayn 44 dərəcə sərbəstliyə malikdir və bu, androidə obyektləri manipulyasiya etməyə və iki metrə qədər hündürlükdə olan obyektlərə çatmağa imkan verir.

Chosen
58
2
publika.az

6Sources