EN

“Səhnədə də, həyatda da azadam": Nigar Camaldan qalmaqallı paylaşım - FOTOLAR

Türkiyənin Muğla vilayətində avtomobilini polis əməkdaşlarının üzərinə sürdüyü üçün saxlanılan müğənni Dilan Çıtak barəsində məhkəmə qərarı verilib.

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, ifaçı məhkəmə tərəfindən nəzarət şərti ilə azadlığa buraxılıb.

Məhkəmə binasını tərk edərkən Dilan Çıtak baş verənlərə münasibət bildirib.

"Təəssüf edirəm, bu, sadəcə kiçik bir anlaşılmazlıq idi. Qısa zamanda aydınlaşacaq", - deyə o qeyd edib.

16:20

Türkiyəli müğənni Dilan Çıtak Bodrumda yol hərəkəti qaydalarını pozaraq polis əməkdaşlarının üzərinə avtomobil sürməsi ilə gündəmə gəlib. Hadisədən sonra "mən məşhuram" ifadəsi ilə diqqət çəkən Çıtağa ilk sərt reaksiya isə qardaşı İdo Tatlısesdən gəlib.

Oxu.Az-ın verdiyi məlumata görə, o, bacısının hərəkətlərinə sərt mövqeyini türkiyəli jurnalist İzzet Çapanın tənqidini sosial şəbəkədə paylaşmaqla göstərib.

"Polisin "saxla" xəbərdarlığına tabe olmamaq və üzərinə avtomobil sürmək ciddi hüquq pozuntusudur. Məşhurluq insanın xarakterini gizlətməz, əksinə üzə çıxarar", - deyə paylaşımda bildirilib.

Hadisə necə baş verib?

İbrahim Tatlısesin qızı olan Dilan Çıtak Yeni Xəstəxana qovşağı yaxınlığında hərəkətdə olarkən təcili yardım maşınları üçün ayrılmış zolağa - təhlükəsizlik zolağına daxil olub. Polis əməkdaşlarının "saxla" xəbərdarlığına məhəl qoymayan Çıtak, avtomobili birbaşa onların üzərinə sürüb. Təhlükəli vəziyyət yarandığı üçün polis havaya xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb.

Gərginlik bununla bitməyib. Dilan Çıtak əvvəlcə avtomobilini tərk edərək başqa bir nəqliyyat vasitəsinə keçib, lakin bir müddət sonra yenidən öz maşınına qayıdaraq qapıları kilidləyib. Polis əməkdaşlarının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, qapını açmaqdan imtina edən Çıtak sonda məcburi şəkildə nəzarətə alınıb.

Saxlanılan zaman Dilan məşhur olduğunu əsas gətirərək vəziyyətə etiraz edib.

Bu davranış sosial mediada da geniş şəkildə tənqid olunub.

"Cebheinfo.az"

Chosen
12
cebheinfo.az

1Sources