EN

Britaniya 35 mindən çox qanunsuz miqrantı deportasiya edib

Bakı. Trend:

Böyük Britaniya hökuməti il ərzində ölkədən 35 mindən çoxqanunsuz miqrantı deportasiya edib.

Trend xəbər verirki, bu barədə Birləşmiş Krallığın baş naziri Kir Starmer ABŞprezidenti Donald Trampla Şotlandiyanın Ternberri şəhərindəkeçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkəndanışıb.

"Leyboristlər Partiyasının rəhbərliyi altında fəaliyyət göstərənhökumətin ilk ili ərzində biz 35 min qanunsuz miqrantı geriqaytardıq. Ona görə də burada qalmaq hüququ olmayan şəxsləri gerigöndərməyimizdən çox məmnunuq", – deyə 2024-cü ilin iyul ayındaparlament seçkilərində qalib gəlmiş Leyboristlər Partiyasınınlideri Kir Starmer bildirib.

Qanunsuz miqrasiya mövzusuna ABŞ prezidenti Donald Tramp damünasibət bildirib və La-Manş boğazını kiçik qayıqlarla keçmələrindayandırılmasına çağırıb.

“Bu qayıqlar pis insanlarla doludur, adətən belə olur, çünkidigər ölkələr öz ən yaxşı vətəndaşlarını göndərmirlər – onlaristəmədikləri insanları göndərirlər, çünki axmaq deyillər”, – deyəo bildirib.

Tramp iddia edib ki, bu insanlar arasında “qatillər, narkotiksatıcıları” da var. “Onlar həmin adamları sizə göndərirlər, bizəgöndərirlər. Və siz bunu dayandırmalısınız”, – deyə ABŞ prezidentiəlavə edib.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə,2025-ci ilin əvvəlindən indiyədək 21 minə yaxın qanunsuz miqrantLa-Manş boğazını kiçik qayıqlarla keçərək krallıq ərazisinə daxilolub. Bu rəqəm 2024-cü ilin ilk yarısına nisbətən 56 faizçoxdur.

Chosen
29
1
az.trend.az

2Sources