Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davametdirilir.
Agentlikdən Trend-ə bildirilib ki, avtobus parkının yenilənməsimərhələli qaydada həyata keçirilir.
"Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda –2200-dən çox avtobus istifadə olunur.
Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərindədaşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobussərnişinlərin istifadəsinə veriləcək.
Bu isə ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmətkeyfiyyətinin daha da artmasını təmin edəcək", - məlumatda qeydolunub.